16 C
Baku
Friday, April 19, 2024

HP şirkəti zibildən düzəldilən notbukların satışına başlayır

HP şirkəti Intel 11-ci nəsil prosessoru olan “Pavilion” seriyasından yeni notbukların satışına başladığını bildirib. Onların hazırlanmasında okean zibilinin emalı əsasında istehsal edilmiş polimerdən istifadə olunub.

RİA Novosti xəbər verir ki, yeni notbukun audiosistem korpusu emal edilmiş zibildən düzəldilib. “Pavilion”un öz korpusu isə metaldandır. Notbuk 13, 14, 15 və ya 17 düym ölçüsündə diaqonala malikdir. HD ekranlı “Pavilion 14”ün qiyməti 580 dollar, top versiyaları 1000 dollardan baha olacaq. Notbukların satışına oktyabr ayından başlanılacaq.

Qeyd edək ki, okean sularındakı plastik zibil qlobal problemə çevrilib. Problemin həlli üçün plastik zibil emal edilməli və ikinci xammala çevrilməlidir. Bu baxımdan HP şirkətinin istehsal etdiyi yeni notbuklar müvafiq istiqamətdə nümunədir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər