10 C
Baku
Wednesday, December 11, 2024

Huawei-dən yenilik: Lazer enerjidoldurma qurğusu hazırlanır

Huawei şirkəti qurğuların enerji yığması üçün görünməyən lazer şüaları ilə enerjinin simsiz ötürülməsinə əsaslanan tamamilə yeni texnologiya üzərində işləyir.

Sözügedən texnologiya uyğun qurğulara malik və eyni otaqda olan bir neçə istifadəçiyə bir simsiz modulun köməyi ilə cihazlarını enerji ilə doldurmaq imkanı verəcək.

Simsiz enerjidoldurma prosesində akkumulyatorun vəziyyətindən narahat olmadan qurğulardan sərbəst istifadə ediləcəyi təxmin edilir, çünki ötürücü qurğuları daima enerji ilə təmin edə bilər.

Şirkət rəsmisi bildirib ki, lazerin insan və heyvanların görmə orqanları üçün təhlükəsini başa düşürlər. Korporasiyanın mühəndisləri enerjidoldurma qurğusunun insanın gözlərini müəyyənləşdirərək onu zərərdən qoruması üzərində işləyirlər.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər