Keçən günlərdə təqdimat videosu yayımlanan Huawei MatePad Pro planşetinin sabah təqdimatı keçirilib. Həmçinin 15 düyüm ekrana malik Matebook D notbuku da təqdim edildi. MatePad Pro planşeti iPad Pro alternativi olaraq çıxış edir və 10.5 düyümlük 2K ekran ilə 90%-lik gövdə/ekran nisbətinə malikdir. Həmçinin 7 nm-lik Kirin 990 prosessoruna və süni zəka üçün əlavə NPU çipinə də malikdir.
MatePad Pro planşetinin M-Pencil adlı qələmi 4096 dərəcə həssaslıq səviyyəsinə malikdir və həmçinin simsiz şarj etmə funksiyası var.Huawei təqdimat zamanı həmçinin 15 düyümlük Matebook D notbukunu da təqdim etdi.
Digər nəsillərdən fərqli olaraq bu səfərki Matebook versiyalarında İntel prosessorlar yerinə AMD Ryzen 5 3500U prosessor və Radeon Vega 8 videokartı istifadə edilib. Həmçinin SSD+HDD hibrid şəkildə istifadə olunur və Huawei-nin dediklərinə görə yaddaş həcmini artırmaq mümkün olacaq. Bu notbuklarda standart olaraq Windows əməliyyat sistemi istifadə olunmasına baxmayaraq, istəyənlər üçün Linux-lu versiyalar da satışda olacaq.
©Technote