Çinin “Huawei” şirkəti Böyük Britaniyada 5G şəbəkəsinin qurulmasında iştirak edəcək. Şirkətdən verilən məlumata görə, “Huawei” 5G şəbəkəsinin “qeyri-əsas” infrastrukturunun qurulmasına kömək göstərəcək.
Hökumət Çinin telekommunikasiya şirkəti “Huawei” tərəfindən təhlükəsizlik riski xəbərdarlığına baxmayaraq, İngiltərənin yeni 5G məlumat şəbəkəsi üçün avadanlıq tədarükünü təsdiqləyib.
Rəqəmsal, Mədəniyyət və Media Departamentinin nümayəndəsi 5G şəbəkəsi üçün avadanlıq təchizatının nəzərdən keçirildiyini söyləyib.
©Azərtac