22 C
Baku
Friday, April 19, 2024

“Huawei” süni intellektli qapı kilidini təqdim edib

“Huawei” şirkəti süni intellektli qapı kilidini təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, aksesuar 150 dərəcə baxış bucağına malik olan Huawei P50 Pro kamerası ilə təchiz olunub.

Üz tanıma texnologiyası ilə yanaşı, Huawei Smart Door Lock Pro həm də “ağıllı” saat, NFC və ya parol vasitəsilə kilidi açmaq funksiyasını alıb. Daxili 8800 mAh akkumulyator altı ayadək işləyir.

Qeyd edək ki, Çində qapı kilidinin qiyməti təxminən 580 dollar olacaq, onun sadələşdirilmiş versiyası isə sizə 390 dollara başa gələcək.

Son xəbərlər
Digər xəbərlər