“İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsini həll etməyənlərin atəş çağırışları səmimi olmadığı kimi inandırıcı da deyil”.
“TRT Haber”ə istinadən xəbər verilir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəslə bağl çağırışlarına münasibət bildirərkən deyib.
“Can qardaşlarımızın haqlı savaşında, öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı mübarizəsində axıradək yanında olacağıq”, – Hulusi Akar vurğulayıb.