26 C
Baku
Saturday, July 27, 2024

Hulusi Akar Zakir Həsənovla danışıb, Ağdamdakı Monitorinq Mərkəzi ilə bağlı işlər yekunlaşıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, tərəflər Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar.

H.Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: “Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər