AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Korporativ hüquq şöbəsinin rəisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali hüquqi təhsil;
- Mülki, bank və əmək qanunvericiliyi sahəsində biliyin olması;
- Rəhbər vəzifədə azı 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili arzu olunandır;
- MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Bank təcrübəsi olanlara üstünlük verilir.
İŞİN TƏSVİRİ:
- Məhkəmə və digər dövlət orqanlarında Bankın hüquqlarını və qanuni maraqlarını
müdafiə etmək;
- Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza
etmək və rəy vermək;
- Bankın fəaliyyəti zamanı yaranan hüquqi məsələləri qüvvədə olan
qanunvericiliyə uyğun həll etmək, müqavilə və digər normativ xarakterli sənədlərə dair
hüquqi rəy vermək, normativ-hüquqi aktların düzgün tətbiq edilməsini təmin etmək;
- Bankın fəaliyyətini tənzimləyən daxili qayda və təlimatları qiymətləndirmək,
təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələrin hazırlanmasında iştirak etmək;
- Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.