-1 C
Baku
Sunday, December 15, 2024

“Hyundai” 2030-cu ilə qədər elektromobillərə $18 mlrd. sərmayə qoyacaq

Cənubi Koreyanın “Hyundai Motor Group” konqlomeratı Cənubi Koreyada elektromobillərin istehsalına və əlaqəli layihələrə 18.2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu barədə çərşənbə axşamı avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.

Konqlomeratdakı üç şirkət – “Hyundai Motor Company”, “Kia Corporation” və “Hyundai Mobis” bu planın bir hissəsi olaraq 2030-cu ilə qədər elektrik avtomobillərinin istehsalı üzrə dünyada üçüncü yeri birgə tutmağı gözləyirlər.

Xüsusilə, sərmayələr elektromobillər üçün yeni platformanın hazırlanmasına, onlarda istifadə olunan texnologiyalara və avtomobillərin çeşidinin genişləndirilməsinə yönəldiləcək. “Hyundai” və “Kia Corporation” 2030-cu ilə qədər onların birgə elektrik avtomobil istehsalının ildə 3.64 milyon təşkil edəcəyini, onlardan 1.5 milyonunun Cənubi Koreyada istehsal olunacağını gözləyirlər. Avtomobillərin çeşidi 31 modelə qədər genişləndiriləcək.

Çərşənbə axşamı “Kia” Hvasondakı istehsal müəssisəsində yeni zavodun tikintisinə başlayıb. “Yonhap”ın məlumatına görə, şirkət 2025-ci ildə 150 000 elektrikli avtomobil istehsal etməklə fəaliyyətə başlaya bilər.

Son xəbərlər
Digər xəbərlər