10 C
Baku
Thursday, December 12, 2024

“Hyundai Motor” Rusiyadakı zavodu satmağı nəzərdən keçirir

“Hyundai Motor Company” Sankt-Peterburqdakı zavodun satılması ssenarisini nəzərdən keçirir. Tezliklə bununla bağlı qərarın veriləcəyi gözlənilir. Qeyd edək ki, müəssisə Ukraynada müharibə başlayandan sonra komponentlərin çatışmazlığı və təchizat problemi səbəbindən martın 1-dən fəaliyyətsiz qalıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, “Hyundai Motor” zavodu Rusiyada “normal maliyyə fəaliyyətini həyata keçirə bilmir”. Xüsusilə, hazırda şirkətin mərkəzi ofisi ilə Rusiya filialı arasında pul köçürmələri məhduddur.

Bundan əlavə, nəşrin yazdığına görə, avqust və sentyabr aylarında bir dənə də olsun avtomobil satılmayıb, yanvar və fevral aylarında isə onların sayı 17 mini keçib. Buna baxmayaraq, şirkət işçilərin maaşını ödəməyə davam edir.

Sankt-Peterburqda “Nissan” və “Hyundai”  ilə yanaşı, bu ilin sentyabrında aktivlərini satmaq qərarına gələn “Toyota” zavodu da var.

Son xəbərlər
Digər xəbərlər