“Əsas strategiyamız iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir. Bu üç ayda biz planlaşdırdığımızdan daha çox vergi və gömrük rüsumu toplamışıq, profisit təxminən 400-500 milyon manatdır.
Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxış edərkən deyib.
O, bildirib ki, büdcəmizdə neftin bir barrelinə görə 40 dollar nəzərdə tutulub. Əgər bu, bir barrelə görə 30 dollar olsa belə, Azərbaycan əhalisi bunu hiss etməyəcək.