2 C
Baku
Saturday, December 14, 2024

IBM-in CEO-su Virciniya Romettinin biznes qaydaları

IBM-in ilk qadın başçısı müştərilərlə görüş, qadın məntiqi və şəxsi sərhədlərin təyin olunması haqqında danışır.

55 yaşlı Virciniya Rometti 32 ildir ki, IBM-də çalışır. Şirkətin siması olmamışdan öncə o, vitse- prezident vəzifəsini və satışlar üzrə bölmənin, marketinqin və strateji inkişaf bölmələrində rəhbər vəzifələrini tuturdu. 2011-ci ilin oktyabrında Rometti IBM-in CEO vəzifəsinə təyin olunur. Və o, bu holdinqin ilk qadın rəhbəri olur.

Bir ildən sonra isə Rometti həmçinin IBM-in idarə heyətinin sədri olur. Cinni dəfələrlə dünyanın ən görkəmli qadınlarının siyahılarına daxil olub.

Uşaqlıqdan etibarən mən bir şeyi başa düşmüşəm: məşğul olduğun işi sevməlisən. Bu hər nə olursa olsun, siz həmin iş üçün can yandırmalısınız.

Mən çox sadə işlər edirəm. Əgər kimsə özü öz fikrini demirsə, mən özüm həmin şəxsdən onun fikrini soruşuram. Və kimsə öz fikrini deyəndə mən başqalarına o fikri müzakirə etməyi təklif edirəm.
Lakin hər yerdə bu sadə qanunlara riayət etmirlər.
İnkişaf və rahatlıq bir-birilərinə zidd anlayışlardır.
Əgər biz (IBM) yetərincə tez dəyişə bilməyəcəyiksə, biz həyatda qalmaqla mücadilə etməli olacağıq. Biz isə inkişaf etməliyik.
Məni IBM-də onun ictimai vacib məsələlərin həll olunmasında texnologiyanın tətbiq edilməsi hər zaman cəlb edib.

Sizin hansı bizneslə məşğul olmağınızdan asılı olmayaraq tədricən o, kommersiyaya uğrayacaq və qiymətləndirələcək. Siz onun dəyərini qaldıraraq onu inkişaf etdirməlisiniz.
Özünüzə və öz biliklərinizə əmin olmalısınız, hətta ürəyinizdə siz daim özünüzü tənqid belə etsəniz.

 O zaman risk etmək olar.

Bütün həyatım və karyeram boyu mən ən çox nə zaman öyrənmişəm? Riskə getdiyim an.
Məhz risk edərək mən ən çox nəsə öyrənirdim.
Mən hər zaman yeni işə başlamağı öyrənmişəm. Gələcəkdə dəyərlər sizin biliklərinizdən sizin əlaqələrinizə doğru yer dəyişəcəklər.

Mənim daimi transformasiya haqqında bir fikrim var. İlk olaraq, qiyməti qaldırmaq lazımdır. Burada mənim üçün digər müəssisələrin təcrübəsindən yararlanmaq vacibdir: onlar vasitələr yatırırlar, onları qaytarırlar və yeni inkişaf mərhələsinə keçirlər.
İkincisi, bazarı genişləndirmək lazımdır.

Bu yeni alıcılar, məhsulların yeni kateqoriyası, coğrafiyanın genişləndirilməsidir.
Üçüncüsü, imtiyazları təzələmək lazımdır.
Dördüncüsü, əməkdaşların bacarıqlarını yeniləmək lazımdır. Kimsə təzə məlumatlar qəbul edə bilir, kimsə yox.
Beşincisi, qeyd etdiklərinizin əsasında bütün şirkəti yeniləmək.

Heç vaxt öz şirkətinizi artıq buraxılmış məhsul ilə bir tutmayın. Həyatda qalmağın yeganə yolu daim yenilik etməkdədir. Yalnız belə etməklə siz qabaqcıl şirkət ola biləcəksiniz.

Super kompüter IBM Watson texnologiyanın üçüncü inkişaf mərhələsidir. Əvvəl sistemlər sadəcə hesablayırdılar. Yeni nəsil sistemlər proqramlaşdırmağı bacarırlar. Bu kompüter isə özü öyrənir. Siz ona minimal məlumatlar verirsiniz və sonra o, nə qədər çox məlumat alır, bir o qədər daha çox öyrənir.

Dünya çox qəlizləşib, onu artıq proqramlaşdırmaq mümkün deyil. Bizə özləri öyrənən sistemlər lazımdır. Watson- onilliklərlə istifadə olunacaq. O, özü ilə yeni IT- istehsal erasını dayışır.
Söhbət texniki məsələdən deyil, proqlaşdırmaqdan, təhlildən, mədəniyyətdən gedir.

Əgər sən nəyəsə əminsənsə və alıcının nə istədiyini dəqiqliklə bilirsənsə, sən bazarı işğal edəcəksən.
İlk və yeganə ol.
Məndən tez- tez soruşurlar: «Siz indi diqqətinizi nəyə yönəltmisiniz?» Mən isə cavab verirəm: «Bəs nəyə görə siz mənim inanclarım haqqında maraqlanmırsınız?» Axı məhz inanclar düzgün qərarların əsaslarında dayanırlar.

Mən bütün öhdəliklərimlə yanaşı bugünkü günə qədər öz vaxtımın 50%-ni müştərilərlə görüşlərə sərf edirəm. Vaxt müştərinin sizə təqdim edə biləcəyi ən dəyərli hədiyyədir. Buna görə siz daim ona həqiqətən də dəyərli nəsə təqdim etməlisiniz. Məhz bunun  sayəsində biznes inkişaf edir.

Mənə ilk dəfə yüksək vəzifə təqdim edildiyində mən belə dedim: «Bilirsiniz, mən hələ bu işə hazır deyiləm. Mənim vaxta, təcrübə yığmağa ehtiyacım var… Ümumiyyətlə, mən evdə bu təklifi ətraflı düşünməliyəm». Evə gedib mən hər şeyi həyat yoldaşıma danışdım. O, mənə baxaraq dedi: «Səncə hər hansısa kişi onlara belə cavab verərdi?» Mən yerimdə qurudum qaldım. Və bundan böyük dərs aldım.

İnsanın milliyətindən, cinsi mənsubluğundan asılı olmayaraq o, hər zaman öz fikrini söyləməli, öz rolunu oynamağı bacarmalıdır. Bu mənim üçün son illərdə dəyişən yeganə məsələdir.
Mən qarşısını alınmaz hadisələrə inanmıram. Bu o deməkdir ki, mən hər şeyin özü özülüklə həll olunacağını gözləmirəm, mən hər şeyi dəyişə biləcəyimə inanıram.
Heç kəsə sizin üçün sərhədlər müəyyənləşdirməsinə imkan verməyin, özünüz bunu edin.

Son xəbərlər
Digər xəbərlər