18 C
Baku
Thursday, May 23, 2024

İcbari avto-sığorta üzrə “Xalq Sığorta”dan şikayətləri artıb

Azərbaycan Mərkəzi Bankının icbari avto-sığorta üzrə şikayət indeksi açıqlanıb.

Banker.az xəbər verir ki, şikayət indeksinə “Xalq Sığorta” ASC liderlik edir.

“Xalq Sığorta”nın reyintdəki göstəricisi son bir ayda 3.58 bənddən 3.80 bəndə yüksəlib.

Şikayət indeksi necə hesablanır?

Şikayət indeksi şikayətlər üzrə bazar payının bağlanan müqavilələr üzrə bazar payına nisbəti ilə hesablanır.

Şikayətlər üzrə bazar payı – müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti,

Bağlanan müqavilələr üzrə bazar payı – müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.

İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər