13 C
Baku
Friday, May 17, 2024

Avtonəqliyyat vasitələrinin icbari sığortası 94 minə çatdı

2014-cü ilin aprel ayında 94,952 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 17 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 milyon manatdan çox olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 16,9%, sığorta haqlarının məbləğində 18,9% azalma müşahidə edilmişdir.

Cari ilin aprel ayında orta sığorta haqqı 71,3 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 (bir manat yetmiş beş qəpik) azdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər