9 C
Baku
Thursday, December 12, 2024

İcbari tibbi sığorta üzrə bir sıra göndərişlərin tətbiqi müddəti dəyişir

İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi bəzi sahələrdə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə edən və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət edən şəxslər 2022-ci ilin yanvarın 1-dən müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Təklif edilən dəyişiklik tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisəsinə müraciət imkanlarının artırılmasına xidmət edir.

Əvvəllər bu müddət 2021-ci ilin yanvarın 1-dən nəzərdə tutulmuşdu.

Qeyd edilib ki, “Tibbi sığorta haqqında” qanunun tələblərinə əsasən, müştərək maliyyələşmə məbləği dedikdə sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı Xidmətlər Zərfində müəyyən edilən şərtlərə riayət edilmədiyi hallarda tibbi xidmətlərə tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər