“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Autouniversal” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kiçik həcmli yüklərin daşınması üçün istifadə olunan 60 ədəd universal tipli avtomobillərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1647000 manatdır.
Qeyd edək ki, “Autouniversal” Fiat avtomobillərinin Azərbaycanda dileridir.