“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “Technofusion” MMC ilə 1 milyon manata yaxın müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Məlumat bazası proqram təminatları lisenziyalarının və dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 836 983 manatdır.
Bildirək ki, “Technofusion” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 40 manatdır və qanuni təmsilçisi Fuad Mailovdur.
Onu da qeyd edək ki, Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.