-1 C
Baku
Sunday, December 15, 2024

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 5 milyon manatlıq sifariş

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən İmmunobioloji dərman vasitələrinin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 2 iddiaçı – “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

20.10.2021-ci ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 217 268.98 manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 476 475 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 4 iddiaçı – “Araş” firması, “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Paşa-K” firması müəyyən edilmişdir.

27.09.2021-ci ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə “Araş” firması arasında 492 685.40  manat, “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 117 066.74 manat, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 57 670.38  manat və “Paşa-K” firması arasında isə 48 874.42 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən “Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 3 iddiaçı – “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 27.09.2021-ci ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 568 269.71 manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 192 926.90 manat və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 647 280.50 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır.

Son xəbərlər
Digər xəbərlər