26 C
Baku
Friday, April 19, 2024

İcbari tibbi sığortanın tətbiqi vaxtı dəyişdirilib

Azərbaycan əhalisinin səbirsizliklə gözlədiyi icari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydalar dəyişib. Banker.az Fed.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev bildirib.

Əsa yenilik odur ki, ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonudan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq.

«İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulur».

Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararana biləcək.

Bundan başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcək. Belə ki, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil oan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq. Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.

İcbari tibbi sığortanın tətbiqi, ümumiyyətlə «Tibbi Sığorta haqqında» qanuna ediləcək əlavı və dəyişikliklər həftənin sonunda, istirahət günü olsa da, şənbə günü, noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə dəyişəcək.

İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr – həkimlərin işə cəlbidir.

Bundan başqa, Azərbaycan yeni tibb müəsssələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. «Tibbi sığorta haqqında» qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər