21 C
Baku
Friday, April 26, 2024

İcbari tibbi sığortanın tətbiqi vaxtı uzadıldı

Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edilməsi barədə qərara dəyişiklik edildi.

Banker.az-a Nazirlər Kabinetindən daxil olan məlumata görə, Baş Nazir Əli Əsədovun bu gün imzaladığı qərara əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında tətbiqi mümkün olacaq.

Həmin, 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarda,

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı,  Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında tətbiq olunması nəzərdə tutulurdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər