2 C
Baku
Saturday, December 14, 2024

İcbari Tibbi Sığortaya mövcud yanaşma kökündən səhv idi

İcbari Tibbi Sığorta (İTS) haqqında qanunun qüvvədən düşməsi və yeni qanun layihəsinin, o cümlədən yeni təkliflərin parlamentə verilməsi bir daha mənim illərlə dediyim fikri təsdiq etdi ki, İTS-yə mövcud yanaşma kökündən səhv idi.

Bunu  İTS-lə bağlı yeni qanun layihəsi barədə təkliflərin Milli Məclisə verilməsinə münasibət bildirərəkən sığorta eksperti Xəyal Məmmədxanlı deyib.

Ekspert sözügedən məsələ barədə danışarkən bir sıra səhvləri sadalayıb və yanaşmanın dəyişilməli olduğunu vurğulayıb: “Birinci səhv olan o idi ki, tibbi xidmətlərlə bağlı müəyyən edilən tariflər heç bir real hesablamaya əsaslanmır və reallığı əks etdirmir. İkincisi, müəyyən edilən sığorta haqlarının məbləği göstərilməsi nəzərdə tutulan tibbi xidmətləri ödəməyə adekvat deyil. Üçüncüsü, sığorta haqlarının hesablanması və ödənilməsi qaydası ədalətli və düzgün deyil. Dördüncüsü, İTSDA və onun nəzdindəki TƏBİB tabeliyinə verilən dövlət tibb təchizatçılarını idarə etmək imkanına və qüdrətinə malik deyil. Hətta subyektiv fikrimdir ki, TƏBİB mexanizminin özü də yanlışdır. Beşincisi, İTS çərçivəsində həkimlərin və tibb heyətinin əmək haqlarının müəyyən edilməsi sistemi yanlışdır və reallığı əks etdirmir. Altıncısı, sığorta şirkətlərinin İTS-dən kənarda qalması absurddur və yanlış qərardır. Yeddincisi, tibb xidmətlərini almaq üçün vətəndaşların göndəriş sistemi kökündən yanlışdır və insanların tibbi sığorta xidmətlərinə vaxtında və effektiv olaraq əlçatanlığını azaldır. Səkkizincisi, poliklinikalarımızın, o cümlədən ailə həkimi institutunun İTS tələblərinə cavab verməməsi və hazır olmaması vəziyyəti daha da qəlizləşdirir. Doqquzuncusu, özəl tibb müəssələrinin İTS-də iştirak etməməsi və ya onların iştirakının İTSDA nın qərarına buraxılması yanlışdır.  Bir sözlə, mövcud İTS qarşısında qoyulan iki əsas məqsədə – səhiyyənin maliyyələşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədinə çatmağı sadəcə mümkünsüz edir”.

©ABC.az

Son xəbərlər
Digər xəbərlər