Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini işdən çıxarılıb.
Bu barədə Banker.az mənbə olan Unikal.org-a istinad edir.
Məlumata görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev birinci müavini olan Paşayev Qüdrət Məhəmməd oğlunun vəzifəsindən uzaqlaşdırılması barədə əmr imzalayıb.
Nəzərinizə çatdıraq ki, hələlik Qüdrət Paşayevin yerinə təyinat yoxdur.
Məlumatı Gədəbəy Rayon İcra Hakimiyyətindənmənbəyə təsdiqləyiblər.
Banker.az bildirir ki, 1996-1997-ci illərdə Gədəbəy rayonu İcra Hakimiyyətinin çalışmağa başlamış və 2006-cı ildən Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində təyin olunub.
Qeyd edək ki, işdən çıxarılan Qüdrət Paşayev həmçinin rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.