13 C
Baku
Tuesday, May 14, 2024

İcra orqanları iş şöbəsinə Müdir – DəmirBank ASC

“DəmirBank” ASC Məhkəmə və İcra Orqanları ilə İş Departamentində İcra orqanları iş şöbəsinə müdir vəzifəsinə işəqəbul elan edir. 27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın filiallarında yaranmış problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakın idarə edilməsi ilə məşğul olur;
• Problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakların məhkəməyə müraciət edilmədən girov qoyanın razılaşması əsasında ədalətli qiymətə satışını təşkil edir;
• Problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakların məhkəmə qərarları əsasında hərraclarda satılmasında iştirak edir, əmlakların hərracdan ədalətli qiymətə satılmasına səy edir;
• Məhkəmə qərarları əsasında və risk altında statusuna aid edilmiş kreditlər üzrə Banka verilmiş təminatların uçotunu aparır, qanunvericiliyə uyğun olaraq vaxtaşırı onların vəziyyətini yoxlayır, yenidən qiymətləndirilməsini və satışını təmin edir;
• Məhkəmə qərarlarının və notariat icra vərəqələrinin icrasını həyata keçirən məhkəmə icraçıları ilə mütəmadi əlaqə saxlayır, tələb yönəldilmiş əmlakların açıq hərracında müşahidəçi qismində Bankı təmsil edir;
• Bankın mülkiyyətində olan daşınmaz və daşınar əmlakların obyektiv qiymətə satışını təşkil edir;
• Aşkara çıxarılan bütün nöqsanlar haqqında Departamentin direktoruna məlumat verir;
• Departament direktorunun problemli aktivlərin idarə edilməsi üzrə göstərişlərini yerinə yetirir;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlayır, lazım gəldikdə müvafiq sənədlərin , məlumatların təqdim edilməsini tələb edir;
• Problemli kreditlərin məhkəmədənkənar qaydada qaytarılmasına və işin təkmilləşdirilməsinə dair təkliflər verir.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 3 ildən artıq olmalı;
• İdarəetmə sahəsində 1 ildən artıq iş təcrübəsi olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
• Tabeçilik münasibətlərində işləmək bacarığına sahib olmalı
• Analitik və yaradıcı düşüncəyə malik olmalı;
• Dəqiqlik və qətiyyətlilik kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq və güclü inandırma bacarığına sahib olmalı;
• Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarının tapmaq bacarığı olmalı;
• İşdə təşəbbüskar və yenilikçi yanaşma kimi göstəricilərə sahib olmalı;
• Daimi özünü inkişaf və təkmilləşdirmə istəyinə sahib olmalı;
• Rəsmi-işgüzar üslubda, Azərbaycan dilində yazışmalar həyata keçirmək bacarığına malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İcra orqanları üzrə iş şöbəsinə Müdir şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər