Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət zamanı hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağa icazə verilmir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.