9 C
Baku
Friday, December 13, 2024

İctimai nəqliyyatla bağlı problemin həlli üçün dövlət büdcəsindən maliyyə nəzərdə tutulub

“İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə ehtiyac olacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, bu sahədə islahatlara ehtiyac var:

“Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə sahibkarlar ictimai nəqliyyat vasitələrini idarə etmədə öz bizneslərini yaradıblar”.

Nazir müavini elektron nəqliyyat qaiməsinin əhəmiyyətini diqqətə çatdırıb:

“Bu, ölkədə yükdaşımaların ağarmasına səbəb olacaq. Bunun tətbiqi çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər