1. «20-20-20» qaydasını tətbiq edin. Hər 20 dəqiqədən bir gözlərinizi kompüterin ekranından çəkin və heç olmasa, hər 20 saniyə 20 metr uzağa baxın.
2. Özünüzlə hər zaman gün eynəkləri gəzdirin. Ultrabənövşəyi şüalar sizin dərinizə və gözünüzə mənfi təsir göstərir.
3. Sizin gözlərinizə sağlam qalmağa kömək edən ərzaqlar yeyin. Bunlar narıncı tərəvəzlər və meyvələrdir.
4. Gözünüzdə olan ağrılara qarşı laqeyd olmayın. Qızartı və qaşınmaların qarşısını almaq üçün soyuq kompressdən istifadə edə bilərsiniz. Əgər bu simptomlar keçmirsə, həkimə müraciət edin.
5. Sizin digər xəstəliklərinizin gözlərinizə təsir edib etmədiyini öyrənin. Məsələn, yüksək qan təzyiqi və diabet gözlərə qan axınını azaldırlar. İmmun sisteminin pozulması, ağ ciyərlərin, qalxana bənzər vəzinin xəstəlikləri gözlərdə ağrılara səbəb olurlar. Həmçinin skleroz, anevrizm və xərçəng xəstəlikləri də göz üçün təhlükəli hesab edilirlər.
6. Köhnə göz makiyajı dəstini atın. Onun istifadə müddəti 3 aydır. O, uzun müddət istifadə edildiyi halda göz infeksiyası və allergiyaya səbəb ola bilər.
7. İldə bir dəfə göz həkiminin qəbuluna yazılmağı unutmayın. Belə etməklə siz bir çox göz xəstəliklərin qarşısını ala bilərsiniz.
8. Siqaret çəkməyi tərgidin. Siqaret çəkmək kataraktanın inkişaf etmək riskini artırır.