9 C
Baku
Thursday, December 12, 2024

“İDEAL Kredit” BOKT-un ABŞ dollarında olan borcu artıb – Borcu isə bu şəxslər verib

Bank olmayan kredit təşkilatı “İdeal Kredit” MMC 2021-ci il üzrə xalis mənfəət əldə etdiyini açıqlayıb, amma öz borclarının böyük hissəsi xarici valyutadadır və ötən il bir qədər də artıb.

Banker.az xəbər verir ki, kredit təşkilatı il ərzində 1 mln. 118 min manat faiz gəliri əldə etməklə öncəki ili cüzi, 2% üstələyib. BOKT-un faiz xərcləri kəskin düşüncə onun xalis faiz gəlirinin həcmi 1 mln. 117 min manat təşkil edib.

“İdeal Kredit” hesabat ilində inzibati və digər xərclərini optimallaşdırdığından əməliyyat mənfəəti 1 mln. 343 min manat təşkil edib. Öncəki ildə bu 1 mln. 106 min manat idi.

Beləliklə, 161 min manat mənfəət vergisi xərcindən sonra xalis mənfəəti 646 min manat olub. Öncəki ildə xalis mənfəəti 520 min manat idi.

Bu xalis mənfəətdən sonra BOKT-un balansında olan bölüşdürülməmiş mənfəət 1 mln. 785 min manata çatıb.

KREDİT PORTFELİ BÖYÜYÜB

“İdeal Kredit”in kredit portfeli ötən il ərzində 4 070 min manatdan (və ya 4.07 mln) 5 673 min manata yüksəlib. Təşkilat kredit portfelindəki artımı dəstəkləyən amil lizinqlərin 1 514 min manatdan 2 960 min manata qədər yüksəlməsidir. İstehlak kreditləri isə 1 951 min manat olmuşdur. Cəmi aktivlərin həcmi isə 5 705 min manat təşkil edib.

BOKT-a səhmdarlar olan İbadovlar tərəfindən müddətsiz olaraq verilmiş bоrс öhdalikləri daxil olan 2 565 min manatdan ($1 509 min) 2 599 min manatda ($1 528 min) yüksəlib. Kredit təşkilatının səhmdarları isə Qubad Qubadov (75%) və Xuraman Qubadova (25%) adlı şəxslərə məxsudur.

Qeyd edilir ki, BOKT-un maliyyə aktivlərinin 5 252 min manatda, 623 min manatı isə ABŞ valyutasındadır. Digər tərəfdən BOKT öhdəliklərinin 85%-i ABŞ dollarındadır, hansı ki yuxarıda qeyd etdik bunu səhmdarı müddətsiz verib. Burada görünən odur ki, gələcəkdə dollar/manat cütlüyündəki dəyişiklik maliyyə durumunda mühüm təsirləri olacaqdır.

1 4 2 3

Son xəbərlər
Digər xəbərlər