12 C
Baku
Thursday, March 28, 2024

Ideal namizəd: işə götürənin meyarları

Əmək bazarı daima dəyişir. Onunla birgə işçilərə qoyulan tələblər də dəyişikliyə uğrayır.

Sənin kimi digər iş axtaranlardan seçilmək üçün işə götürənin ideal namizəd anlayışını dərk etmək lazımdır. Müasir əmək bazarında vəzifədən asılı olaraq, hansı səviyyədə iş təcrübəsi, bilik, təhsil və bacarıq lazım olduğunu aydınlaşdıraq.

İlkin halqa

Bu, ən kütləvi kateqoriyadır, ona call-center, satıcı-konsultant, sürücü, fiziki əməklə məşğul işçilər və başqaları daxildir. 2008-ci ilə qədər verilmiş kateqoriya işçilərinə xüsusi tələblər irəli sürülmürdü. Əksər hallarda uyğun şəxsi keyfiyyət və işləmək istəyinin olması kifayət edirdi. Bu gün isə bu, artıq kifayət etmir. Analoji təcrübə, konkret şirkətdə iş motivasiyasının olması vacibdir. Namizəd verilmiş işləri yerinə yetirməklə kifayətlənməməli, həm də sərbəst fikirləşməyi və müstəqil qərar verməyi bacarmalı, təşəbbüskar olmalıdır. Namizəd niyə məhz bu şirkətdə işləmək istədiyini başa düşməlidir.

“Ağ yaxalıqlılar”

Ofis işçiləri, menecer, orta halqa rəhbərlərini “ağ yaxalıqlılar” adlandırırlar. Bu kateqoriyaya qoyulan tələblər əhəmiyyətli dərəcədə sərtləşib. Indi ixtisas təhsili, konkret sahə üzrə uğurlu iş təcrübəsinin, eləcə də nailiyyətlərin olması vacibdir. Işə götürənlər artıq həvəslə gənc mütəxəssislərə və onların təhsilinə vəsait yatırırlar. Əgər siz orta halqa rəhbəri mövqeyinə iddia edirsinizsə, onda strateji və taktiki planlaşdırma bacarığı ilə yanaşı, idarəetmə təcrübəsinin olması da zərurətə çevriləcək. Çox vaxt xarici dil biliyi də tələb olunur.

Yuxarı halqa

Top-menecer, müəssisə, departament və filial rəhbəri. Yaxşı rəhbər qarşıya qoyulmuş məqsədlərə çatır, insanlardan çox yaxşı baş çıxara bilir və müəssisəyə mənfəət gətirir. Mühüm nailiyyət və uğurlar – işə götürənə məhz bu lazımdır. Sahibkar əmin olmalıdır ki, biznes sizin rəhbərliyiniz altında sadəcə olaraq fəaliyyət göstərməyəcək, həm də müvəffəqiyyətlə inkişaf edəcək.

Yekun

Banker.az xatırladır ki, işçilərin xarici görünüşü – səliqəli geyim, gözəl nitq, xeyirxah münasibət də vacibdir.

Əvvəlki iş yerlərindən olan məsləhətlərə də diqqət yetirin. Sizin işiniz haqqında rəy verə biləcək keçmiş rəhbər, tərəfdaş, təlim qrupu nəzarətçisinin adlarını təqdim etməyə hazır olun. Münasib formada özünü təqdim etmək bacarığı işə götürənin qərarına əhəmiyyətli dərəcədə təsir göstərir.

Ideal insan olmur, lakin işə götürənlər çox vaxt sərt çərçivələr müəyyən edir, buna görə də namizədlər ən yaxşı olmağa çalışmalıdır. Əmək bazarı mürəkkəb mexanizmə malikdir, lakin burda həmişə imkanlar mövcuddur. Iş axtarışına özünüzü qiymətləndirməkdən başlayın, nəyi irəli çəkməyi, nəyin çatışmadığını, nədən başlamaq lazım olduğunu müəyyən edin. Bu mürəkkəb prosesdir, lakin cəhd etmək lazımdır, onda imkanlar da çoxalacaq.

Son xəbərlər
Digər xəbərlər