15 C
Baku
Friday, March 29, 2024

IEA bu il üçün qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib.

2021-ci il ildə gündəlik tələbatın artım tempi 5,5 mln. barel səviyyəsində olub ki, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,2 mln. barel çoxdur.

Hesabata əsasən, Agentlik 2022-ci il üçün sözügedən göstərici üzrə proqnozunu artıraraq (+0,2 mln. ton) 3,3 mln. barelədək yüksəldib.

Yanvar proqnozuna görə, 2021-ci ildə neftə olan gündəlik qlobal tələbat 96,4 mln. barel təşkil edib. 2022-ci ildə isə bu göstəricinin 99,7 mln. barel səviyyəsində olacağı ehtimal edilir. 2020-ci ildə bu göstərici 90,9 mln. barel səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər