8 C
Baku
Friday, March 29, 2024

IEA: Dünya ilk qlobal enerji böhranını yaşayır

Dünyada ilk qlobal enerji böhranı Rusiya-Ukrayna münaqişəsi fonunda baş verir, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol “CNBC” telekanalına müsahibəsində bildirib.

“Biz qlobal böhranın ortasındayıq. Dünyamız heç vaxt belə dərin və mürəkkəb enerji böhranının şahidi olmayıb”, – deyə Fatih Birol deyir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Birol əlavə edib ki, Ukraynada münaqişənin həlli təmin olunana qədər qaz və neft bazarlarında böyük volatilnik olacaq. IEA rəhbəri vurğulayıb ki, bunsuz o, dünya enerji sektorunda vəziyyətin “hamar şəkildə” yaxşılaşması imkanını görmür.

“OPEC+ ölkələrinin (Rusiya da daxil olmaqla) gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarı uğursuzdur, çünki hazırda bir neçə ölkənin iqtisadiyyatı resessiya astanasındadır”, – deyə Birol əlavə edib. Onun sözlərinə görə, OPEC+ tədbirləri fonunda qiymət artımından ABŞ deyil, Asiya, Afrika və Latın Amerikasının enerji resurslarını idxal edən inkişaf etməkdə olan ölkələri əziyyət çəkəcək.

O, həmçinin qeyd edib ki, Avropa ölkələri enerji böhranı fonunda “hava kəskin olmasa” qışdan az iqtisadi və sosial xərclərlə çıxa biləcək.

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi Avropa ölkələrinin qışda enerji böhranı ilə üzləşə biləcəyini bildirmişdi. Agentliyin hesabatına görə, Avropada son 8 ayda qaz istehlakını artıq 10%-dən çox azaltmış ölkələr qazdan istifadəni daha 13% azaltmağa məcbur olacaqlar.

Son xəbərlər
Digər xəbərlər