25 C
Baku
Sunday, April 28, 2024

IEA Rusiyadan neft tədarükünün kəsilməsi ilə bağlı “qlobal şok” barədə xəbərdarlıq edib

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir ki, Ukraynada hərbi əməliyyatlara cavab olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən əmtəə qiymətlərinin artması fonunda qlobal iqtisadi artım nəzərəçarpacaq dərəcədə azalacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ekspertlər hesab edirlər ki, Rusiya neftinin tədarükündə mümkün fasilələr neft bazarında qlobal şoka səbəb ola bilər. Agentlik 2022-ci il üçün neft tələbini təxminini sutkada 1.1 milyon barel azaldaraq 99.7 milyon barelə endirib.

IEA-nın hesabatına görə, sanksiyalar və alıcıların ixracdan imtinası səbəbindən Rusiyada neft hasilatı apreldən sutkada 3 milyon barel azalacaq. Mütəxəssislər qeyd edirlər ki, yalnız Səudiyyə Ərəbistanı və BƏƏ-nin Rusiya neftinin çatışmazlığını dərhal kompensasiya etməyə kömək edə biləcək lazımi ehtiyat gücü var.

IEA hesab edir ki, neft və xam neftin qiymətlərində artım davam edərsə, bu, inflyasiya və iqtisadi artıma əhəmiyyətli təsir göstərəcək. Buna baxmayaraq, ekspertlərin fikrincə, başlayan enerji böhranı dünyanın neftdən çəkilməsini sürətləndirə bilər. “Mövcud böhran enerji bazarları üçün böyük problemlər yaradır, eyni zamanda yeni imkanlar açır. Enerji təhlükəsizliyi və iqtisadi amillərin birləşməsi neftdən uzaqlaşmanı yaxşıca sürətləndirə bilər”, – hesabatda deyilir.

Anti-Rusiya sanksiyaları fonunda neftin qiyməti kəskin artmağa başlayıb. Martın əvvəlində “Brent” markalı neft 24 dollardan çox bahalaşaraq tarixdə ən yüksək həftəlik qiymət artımını qeyd edib. Martın 8-ində ABŞ Rusiyadan neft və neft məhsullarının alınmasına embarqo qoyub. Böyük Britaniya ilin sonuna kimi Rusiyadan neft idxalını dayandırmağa hazırlaşır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər