15 C
Baku
Wednesday, May 1, 2024

IFC-nin Avropa, Latın Amerikası və Karib adaları üzrə yeni vitse-prezidenti təyin olunub

Alfonso Garcia Mora Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası – Karib adaları üzrə vitse-prezidenti təyin olunub. 

Banker.az xəbər verir ki, Garcia Mora Avropa və Latın Amerikası – Karib adaları regionlarında IFC-nin investisiyaları, məsləhət xidmətləri və donorlarla tərəfdaşlığa cavabdeh olacaq. 

Bu təyinatdan əvvəl isə o, IFC-nin Asiya və Sakit okeanı üzrə regional vitse-prezidenti, daha əvvəllər isə Dünya Bankında müxtəlif regionlar, o cümlədən Avropa və Latın Amerikası üzrə direktor, eləcə də maliyyə, rəqabətlilik və innovasiyalar üzrə qlobal direktor vəzifələrində çalışıb.  

Dünya Bankı Qrupuna qoşulmazdan əvvəl Garcia Mora İspaniyanın Analistas Financieros Internacionales adlı maliyyə-konsaltinq şirkətinin ortağı və idarəedici direktoru olub. Vəzifə başında olarkən o, müxtəlif ölkələrdə özəl şirkətlər, tənzimləyici qurumlar, hökumətlər və beynəlxalq maliyyə təsisatlar ilə yaxın əlaqədə işləyib.

Alfonso Garcia Mora İspaniyadakı Universidad Autonoma de Madrid universitetindən maliyyə iqtisadı üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir. O, bankçılıq və maliyyə sektoru məsələlərinə dair çoxsaylı mühazirələr oxumuş və bir çox yazıların müəllifidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər