Türkiyə şirkəti əvvəl Almaniyada, sonra Rumıniyada fabrik alıb.
Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2020 -ci ilin mart ayında Almaniyada iflas edən şirkəti satın alan Akçelik şirkəti, fabriki 7 ay ərzində Avropanın qabaqcıl parlaq polad istehsalçılarından birinə çevirib. Daha sonra şirkət xaricdəki investisiyalarına yenisini əlavə edib.
Belə ki, “Akçelik”in baş meneceri Yavuz Kılıç, Rumıniyada borular istehsal edən “Tristar Steel” şirkətini satın aldığını bildirib. O, şirkətin illik istehsal gücünün 3.5 milyon metrə malik olduğunu bildirib.