Bu ilin qış aylarında İğdır-Naxçıvan təbii qaz kəməri istifadəyə veriləcək.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
O qeyd edib ki, ən qısa zamanda inşaat işləri bitəcək.
Nazir, həmçinin, əlavə edib ki, bu gün iki ölkə arasında imzalanan anlaşmaya əsasən, 2030-cu ilə qədər Türkiyə və Avropaya nəql edilən Azərbaycan təbii qazının həcmi artırılacaq.