19 C
Baku
Thursday, May 2, 2024

İğtişaşların Qazaxıstana vurduğu ziyanın məbləği 215 mln. dollara çatıb

Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 215 milyon dollara çatıb.

Banker.az xəbər verir ki, “Yanvarın 10-u saat 09.00-a (Bakı vaxtı ilə 07.00) ümumi zərərin məbləği təxmini hesablamalara görə 93.7 milyard təngədən çox təşkil edib”, – deyə mesajda bildirilir.

Qeyd olunur ki, ölkənin doqquz regionunda 1319 zərər çəkmiş subyekt və 1488 obyekt müəyyən edilib ki, onlardan 1234 subyekt və 1399 obyekt Almatıdadır. Zərər çəkmiş sahibkarlıq subyektlərinin sənaye sahələri üzrə bölgü aşağıdakı kimidir: ticarət – 1245; ictimai iaşə – 25; maliyyə sektoru – 37; logistika – 9; KİV – 2”, – məlumatda deyilir.

Qeyd edək ki, yeni ilin ilk günlərindən Qazaxıstanda etiraz aksiyaları başlayıb. Neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz olaraq aksiya keçiriblər.

Yanvarın 4-ündə hökumət etirazçıların əsas tələbini yerinə yetirməyə – qazın qiymətini aşağı salınmasına hazır olduğunu bəyan edib. Buna baxmayaraq, digər şəhərlərdə də etirazlar başlayıb.

Yanvarın 5-ində səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və altı ay ərzində maye qaz və benzinin qiymətlərinin dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb. O, həmçinin əvvəllər respublikanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının rəhbəri olacağını açıqlayıb və vəziyyəti həll etmək üçün yeni tədbirlər təklif edib. Təhlükəsizlik Şurasının iclasında Tokayev bildirib ki, o, KTMT-dən “terror təhlükəsinin aradan qaldırılmasında” kömək istəyib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurası tezliklə Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər