4 C
Baku
Friday, March 29, 2024

İran Gorus-Qafan yoluna alternativ yolun çəkilişində iştirak edəcək

İran Ermənistanın Zəngəzur vilayətində (Sünik) Gorus-Qafan yoluna alternativ yolun çəkilişində iştirak edəcək.

Bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, İranın yollar və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Təşkilatının baş direktoru Xeyrullah Hatəminin başçılıq etdiyi nümayəndə heyəti Tehranın Ermənistanda (Tatev yolu ilə) tranzit yolunun tikintisində iştirakını müzakirə etmək üçün artıq İrəvandadır.

Daha əvvəl Ermənistan baş nazirinin müavini Suren Papikyan İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zohuri ilə Gorus-Qafan avtomobil yolundakı vəziyyəti müzakirə etmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər