1 C
Baku
Saturday, December 14, 2024

İki dil bilmək əqli zəifliyin qarşısını alır

Amerikalı alimlər belə bir nəticəyə gəlmişlər ki, 1-dən artıq əcnəbi dil bilmək əqli zəifliyin inkişaf etməsi risklərini azaldır. Mütəxəssislərin araşdırmaları Neurology jurnalında dərc olunmuşdu. Alimlər əqli zəiflikdən əziyyət çəkən 650 insan ilə araşdırma aparmışlar. Tədqiqat gedişində alimlər müəyyən etmişlər ki, iki dildə sərbəst danışmağı bacaran insan digər insanlardan 5 il sonra əqli zəifliyə məruz qalmışlar. Buraya Alzeymer kimi xəstəliklər daxildir.

Tədqiqatçılar qeyd edirlər ki, insanın nə ilə məşğul olduğu, harada yaşadığı, 2 və yaxud daha çox dildə oxumağı bacardığı çox da vacib deyil. Əqli zəifliyin gecikmiş inkişafı nöqteyi-nəzərindən bir neçə dil bilməyin başqa müsbət effektləri aşkarlanmamışdır.

Son xəbərlər
Digər xəbərlər