6 C
Baku
Sunday, December 15, 2024

İki Qırğız vətəndaşı Azərbaycanda BOKT-u satın aldılar

“M Bulak BOKT” MMC-nin (əvvəl MolBulak) səhmdarları dəyişdi.

Banker.az xəbər verir ki, ötən il rebrendinq edən bu BOKT-un səhmlərini iki Qırğızıstan vətəndaşı alıb.

Məlumata görə, Qırğızıstanın “Gascoyne Investments Limited” şirkəti “M Bulak BOKT”dakı payını iki şəxsə Tolbaev Babyrzhan-a və Kokarev Alexey-ə satıb. BOKT-un kapitalı 10 milyon 408 min manat idi.

Kokarev Alexey səhmlərin 95.93-i yaxud 9 milyon 984 min manatına, Tolbaev Babyrzhan isə 4.07-i, yaxud 424 min manatına sahibləniblər.

Qeyd edək ki, “M Bulak” Bank Olmayan Kredit Təşkilatı MMC (keçmiş “Mol Bulak” Bank Olmayan Kredit Təşkilatı) 2020-ci ili 309 min manat zərər edib.

 

 

Son xəbərlər
Digər xəbərlər