25 C
Baku
Saturday, July 27, 2024

İkinci yarımillik büdcə üçün “ağır” görünür: kəsir 400 mln. manatı ötdü

Azərbaycan Respublikası dövlət büdcəsinin kəsiri cari ilin yanvar-avqust aylarında 401.5 mln. manat olub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK-nin açıqlamasına görə, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 7.7% artımla 15 954.7 mln. manat (15.95 mlrd. manat), xərcləri, 11.2% artımla 16 356.2 mln. manat olmuşdur.

Büdcədə kəsir ikinci yarımillikdən başlayaraq kəskin fərqlə artmağa başlayıb.

Qeyd edək ki, ilin yanvar-iyul ayı üzrə dövlət büdcəsindəki kəsirin həcmi cəmi 182.4 mln. manat idi. Yanvar-iyun ayları üzrə isə 291.9 mln. manatlıq büdcə qalığı (profisit) var idi.

Son xəbərlər
Digər xəbərlər