2 C
Baku
Saturday, December 14, 2024

İKZF 400 mln. manatlıq qiymətli kağızlarına görə şirkət seçdi

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “ABB-İnvest İnvestisiya Şirkəti” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.

Tender 400 mln. manatlıq qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınmasını əhatə edir.

İKZF buna görə qalib şirkətə 6 000 manat ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər