14 C
Baku
Saturday, April 27, 2024

İKZF bu xidmətləri marketinq araşdırmaları aparan şirkətdən 19 min manata alıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Era Marketinq” MMC ilə 19 min manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğuların keçirilməsi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.

İpoteka və Kredit Zəmanət Fondu “Era Marketinq” şirkətinə 18 998 manat ödəyəcək.

Qeyd edək ki, ERA Marketinq Mərkəzi 1996-cı ildən bəri fəaliyyət göstərir. 2014-cü ildən etibarən “Era Marketinq” Azərbaycan Qiymətləndiricilər Assosasiyasına üzv olub və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən akkreditasiya edilib.

Hal-hazırda ERA işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları, birbaşa marketing (promo aksiyalar) həyata keçirərək və dünyada top onluqda olan araştırma şirkətləri ilə (İpsos, GfK, TNS, Factum Group, Futurebright, Nielsen və s.) əməkdaşlıq edərək işini davam etdirir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər