Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu mərhələlər ilə ümumi məbləği 100 milyon manat olan ipoteka istiqrazları buraxacaq.
Birinci buraxılışın həcmi 20 milyon manatdır. Təklif edilən istiqrazların sayı 20 min ədəd və hər birinin nominal dəyəri isə 1 000 manatdır.
İstiqrazlar üzrə ödənilməli faizlər illik 3%-dir.
İstiqrazların emissiyası haqqında qərar 13 fevral 2020-ci il tarixdə qəbul edilib.