8 C
Baku
Thursday, December 12, 2024

İKZF-nin agent bankları iki ayda 37 mln. manatlıq ipoteka krediti verib

2019-cu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 36,5 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur. Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Eyni zamanda, fevral ayında Fondun agent bankları tərəfindən 23,5 mln. manat məbləğində ipoteka krediti verilib.

Hesabat dövründə İKZF 43,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 11,8% – İF).

Yanvar-fevral aylarında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Cari ilin yanvar-fevral aylarında həmçinin Fond istiqeazların yerləşdirilməsindən vəsait cəlb etməyib.

2018-ci ildə fondun agent bankları tərəfindən 272,5 mln. manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər