9 C
Baku
Thursday, December 12, 2024

İlham Əliyev “AzerGold” la bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Banker.az xəbər verir ki, prezident bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Nazirliyin Aparatının Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovla əvəzlənib.

 

 

Son xəbərlər
Digər xəbərlər