15 C
Baku
Saturday, May 18, 2024

İlham Əliyev: BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələri 27 il icra olunmayıb

Bəzi aparıcı beynəlxalq təşkilatların fəaliyyətləri qeyri-səmərəli görünür.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.

Dövlət başçısı 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılmasını tələb edən BMT qətnamələrini nümunə göstərib.

Prezident İlham Əliyev vurğulayıb ki, BMT-nin bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr 27 il icra olunmayıb.

Prezident İlham Əliyev Azərbaycanın özünün Qarabağ münaqişəsini hərbi-siyasi metodlarla həll etdiyini və qətnamələrin icrasını təmin etdiyini diqqətə çatdırıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər