14 C
Baku
Thursday, May 16, 2024

İlham Əliyev və Mehriban Əliyeva yeni hotelin açılışında iştirak ediblər: Fotolar – Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər.

Banker.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, hündürlüyü 130 metr olan otel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” otelində 190 geniş qonaq otaqları, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi otel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.

Qeyd edildi ki, binada korporativ toplantıların və xüsusi günlərlə bağlı tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, oteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.

Bildirildi ki, binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Otelin memarlığında Azərbaycana aid xüsusiyyətlərə – tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasət sayəsində Azərbaycanda müasir otel infrastrukturunun yaradılmasına hələ uzun illər bundan əvvəl başlanılıb. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu isə öz növbəsində turist axınının artması ilə müşayiət olunur. Bu cür müasir və dünyaca məşhur otel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

63a05f0390fcd63a05f0390fce167145446763a05f0390fcb63a05f0390fcc

6210a1b1 7dae 334d 97ee 20ddc5be547c

66cb957a 7a52 391b bac1 28bfab2a0f6c

15f247d5 8a63 3956 87c0 9f3f6ec228ab

5ac42ca7 37f1 32f8 83f7 9dec8bf15e56

c6754bb8 17fe 3c7c 8a6c 11d0177be4a7

d954504b ff96 3c00 8d48 a3970a7b8b62

9f0b8e41 6817 38bc ba9c fb1cc672e7db

3ff385f8 1ee7 3f5a ac00 def7c9147822

ef325a54 0eea 3515 9701 b810a7b08452

00914a70 720c 32db 8c73 ea56a977a604 scaled

2194c763 991b 3ba8 b434 ea61f0af636d

2c2ea9e5 772b 3036 b9c6 0def8172f924

118bc14b 071c 34d6 808b d10b1ba6e549

ee7a7374 79b9 39f0 ab25 3a03b9cbb4bd

deff6fb6 5b3d 3007 921b 174cffd3678e

b406a4ea a97a 3238 bf51 78645da160af

117f0c2b 3884 36c6 906d f7ddefc0906e

1cefa8f4 b8d9 3665 ba9f 04aa2a97154b

d674bfda 2b15 351b a0e6 64368b658190

5548f9e5 1d29 3ee5 b14d 3950768e65af

ec36dc22 5538 3787 b895 5f429c2fde9f

3b33ef0c 5f5f 3ef9 bcc7 393bd5333db7

eac5ae71 1047 3d8f b9e8 6bc42412a0ae

52e3b8db 9391 354d beda 3b730d99461a

5d742c27 e22f 3370 a7eb 8912e49bc036

ec5af4ca 5652 3853 b245 c3f96c623648

Son xəbərlər
 ⁠
Digər xəbərlər