7 C
Baku
Sunday, December 15, 2024

İlin əvvəlindən 887 751 şəxs banka müraciət edib

1 noyabr tarixində Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin sayı 5 238 250 nəfərə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son 1 ay ərzində 153 285 şəxs banka müraciət edib.

Cari ilin əvvəlindən isə 887 751 şəxs bank müştərisi olub. Yəni, ilin əvvəlindən bank müştərilərinin sayında 20% artım müşahidə olunub.

Həmçinin bank müştərilərinin, cari hesablarının sayı- 10 083 739, depozit hesablarının sayı isə 626 701 ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər