2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9 faiz üstələyərək 24,2 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 12,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,0 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,2 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-avqust aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 24 175,2 | 102,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 11 078,3 | 102,8 |
içkilər və tütün məmulatları | 1 139,8 | 100,5 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 343,8 | 102,9 |
elektrik malları və mebellər | 1 471,8 | 102,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 199,9 | 102,6 |
əczaçılıq və tibbi mallar | 317,7 | 103,1 |
avtomobil yanacağı | 1 337,7 | 101,9 |
digər qeyri-ərzaq məhsulları | 4 286,2 | 104,1 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6 faizi ticarət müəssisələri, 49,3 faizi fərdi sahibkarlar tərəfindən, 30,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 5,2 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.