26 C
Baku
Saturday, July 27, 2024

İlin ilk yarısında Azərbaycanın sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib

2023-cü ilin yanvar-iyul aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Bu barədə İZİA-dan məlumat verilib.

“Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılması, 1500-dən çox iş yerinin yaradılması planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, indiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 7.18 milyard manatdır. Sahibkarlar tərəfindən artıq bu günədək 6.56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb.

Son xəbərlər
Digər xəbərlər