23 C
Baku
Friday, April 26, 2024

İlk 7 dəqiqə…

Mütəxəssislərin apardığı yeni araşdırmaya görə, namizədi olduğunuz işi əldə etmək və işəgötürən şəxsin diqqətini qazanmaq üçün sizə müsahibənin ilk 6 dəqiqə 25 saniyəsi lazım olacaq.

Belə məlum olur ki, məhz ilk təəssüratlar böyük əhəmiyyətə sahibdirlər. İşəgötürən şəxsə sizin vakansiya üzrə ən ideal namizəd olduğunuza qərar vermək üçün cəmi 385 saniyə tələb olunur. Araşdırmalar göstərir ki, ilk təəssürat namizədin işə qəbul olunma ehtimalını alt-üst edə bilər.

Britaniyanın işə düzəltmə saytı tərəfindən həyata keçirilmiş sorğuda 273 rəhbər və 3286 işçi öz müsahibə təcrübələri barədə məlumatlarını bəyan etmişlər.

Belə məlum olur ki, işəgötürən şəxslərin 60%-i verdikləri qərarların gələcək işçilərin şifahi nitq qabiliyyətinin yüksək olmasından asılıdır.

Araşdırmanın nəticələrinə şərh bildirən psixoloq Korin Svit demişdir: “İnsanlar digər insanların taleyi ilə bağlı ani qərar verməyə adət etmişlər. Onlar qərar verərkən insanın geyim tərzi, dəri rəngi və ləhcəsi də daxil olmaqla xarici görünüşə əsaslanırlar. Bu ilk təəssüratlar düzgün və yalnış ola bilər. Lakin namizədlər unutmamalıdırlar ki, rəhbərlər öz fikirlərini ilk baxışdan belə formalaşdıra bilərlər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər